Qurban Qurbanov media qarşısına çıxacaq

Qurban Qurbanov media qarşısına çıxacaq

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək “Kayrat” – “Qarabağ” oyunundan öncə baş tutacaq açıq məşq və mətbuat konfranslarının vaxtları müəyyənləşib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanov bu gün yerli vaxt ilə 18:15-də (Bakı vaxtı ilə 16:15) mətbuat konfransında iştirak edəcək. 

Media nümayəndələri üçün açıq məşq (15 dəqiqə) isə Bakı vaxtı ilə 16:30-da matçın oynanılacağı Almatı mərkəzi stadionunda baş tutacaq.

Qeyd edək ki, “Kayrat” – “Qarabağ” matçı noyabrın 4-ü Bakı vaxtı ilə 19:30-da keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər