UEFA Konfrans Liqasında Liqa mərhələsi start götürür.
Fanat.Az xəbər verir ki, yarışın ilk turunun bütün görüşləri eyni gündə baş tutacaq.
Görüşlərdən 10-u Bakı vaxtı ilə saat 20:45-də, 8-i isə 23:00-da başlayacaq.
Azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi Kipr "Pafos"u İtaliyada "Atalanta" ilə üz-üzə gələcək. Türkiyə təmsilçisi "Trabzonspor" isə Finlandiya çempionunun - "Sabah"ın ÇL-dən qovduğu (1:0, 2:0) "KuPS" klubunun qonağı olacaq.
Qeyd edək ki, Konfrans Liqasında 2-ci turun oyunları 22 oktyabrda baş tutacaq.
UEFA Konfrans Liqası
Liqa mərhələsi, 1-ci tur
15 oktyabr
20:45. Eqnatia (Albaniya) – Midtyüllann (Danimarka)
20:45. ÇSKA (Bolqarıstan) – Monako (Monako)
20:45. Riqa (Latviya) – Kayrat (Qazaxıstan)
20:45. Universitatya Krayova (Rumıniya) – Xetafe (İspaniya)
20:45. KuPS (Finlandiya) – Trabzonspor (Türkiyə)
20:45. Luqano (İsveçrə) - Srvena Zvezda (Serbiya)
20:45. Panatinaikos (Yunanıstan) – Borats (Bosniya və Herseqovina)
20:45. Gent (Belçika) – Orhus (Danimarka)
20:45. Myelbyü (İsveç) - İnter Eskaldes (Andorra)
20:45. Hayduk Split (Xorvatiya) - Ayaks (Niderland)
23:00. Brayton (İngiltərə) – Kauno Jalgiris (Litva)
23:00. Hart (Şotlandiya) – Nordşellann (Danimarka)
23:00. Brann (Norveç) – Linkoln (Cəbəllütariq)
23:00. Frayburq (Almaniya) – Yablonets (Çexiya)
23:00. Sent-Truden (Belçika) – İberiya (Gürcüstan)
23:00. Tvente (Niderland) – Tun (İsveçrə)
23:00. Kopenhagen (Danimarka) – Braqa (Portuqaliya)
23:00. Atalanta (İtaliya) – Pafos (Kipr)