Məhəmməd Salah (Mohamed Salah) Avropanın üç əsas klub turnirində həm qol, həm də məhsuldar ötürmə ilə fərqlənən üçüncü futbolçu kimi tarixə düşüb.
Fanat.Az xəbər verir ki, misirli forvard UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında bu göstəriciyə imza atıb.
Salah sözügedən nailiyyətə Konfrans Liqasının ilk turunda "Trabzonspor"un Finlandiya təmsilçisi KuPS (Kuopion Palloseura) ilə matçında (4:2) çatıb. O, qarşılaşmada bir dəfə rəqib qapısına yol tapıb, eyni zamanda komanda yoldaşının qoluna assist edib.
Xatırladaq ki, Məhəmməd Salahdan öncə Kodi Qakpo (Cody Gakpo) və Mario Götze də hər üç turnirdə qol vurmaqla yanaşı, məhsuldar ötürmə verməyi bacarıblar.
Əlisahib İbrahimli