Qurban Qurbanov Kramarenkonu milliyə gətirdi

Qurban Qurbanov Kramarenkonu milliyə gətirdi
Azərbaycan yığmasının yeni baş məşqçisi Qurban Qurbanovun köməkçilərindən birinin adına rəsmən aydınlıq gəlib. Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, qapıçılar üzrə məşqçi vəzifəsi Dmitri Kramarenkoya həvalə olunub.
 
Millinin keçmiş qolkiperinin işi yalnız əsas milli ilə bağlı olmayacaq. Belə ki, o, bütün yaş qruplarından ibarət yığma komandaların qapıçılar üzrə məşqçilərinin koordinatoru vəzifəsini də icra edəcək.
 
Qeyd edək ki, məşqçi kimi "Qəbələ” və "Neftçi”də çalışmış Dmitri Kramarenko son olaraq Moskva ÇSKA-sının akademiyasında fəaliyyət göstərirdi. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər