"Zirə"nin rəqibi milli üzvünü transfer etdi

"Zirə"nin rəqibi milli üzvünü transfer etdi

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Osiyek" heyətinə yeni futbolçu qatıb.

Fanat.Az Xorvatiya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərkəz müdafiəçisi Emin Hasiç komandanın sıralarına cəlb edilib.

21 yaşlı oyunçu İsveçin "Varnam" klubundan transfer olunub. O, İsveçin U-21 millisinin üzvüdür.

Qeyd edək ki, “Zirə” səfərdə keçirdiyi ilk oyunda “Osiyek”lə 1:1 hesablı bərabərliyə razılaşıb. Tərəflərin cavab qarşılaşması avqustun 15-də "Dalğa Arena"da baş tutacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər