Qədirzadə baxdı, komandasına divan tutdular

Qədirzadə baxdı, komandasına divan tutdular
Gürcüstan çempionatında 18-ci turun oyunları keçirilib. 
Fanat.Az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi "Samtrediya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Tiflis "Saburtalo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.
 
İbrahim bu görüşün iştirakçısı olmayıb. 21 yaşlı müdafiəçi sonadək ehtiyatda qalıb.
 
"Samtrediya” 18 oyuna topladığı 10 xalla hazırda 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər