Qaret Sautgeyt İngiltərədəki 3:3-dən sonra belə danışdı

Qaret Sautgeyt İngiltərədəki 3:3-dən sonra belə danışdı

İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda evdə Almaniyaya qarşı keçirdikləri oyunu (3:3) şərh edib.   Fanat.Az xəbər verir ki, "Channel 4" onun dediklərini belə çatdırıb:

"Komanda sözün əsl mənasında, qısa müddətdə toparlana bildi. Bu, futbolçular üçün ağır dönəm idi. Uşaqlar böyüdülər. Biz dünya çempionatına yollanırıq. Əlbəttə, bəzi anlarda təzyiqlərə məruz qalacağıq. Ancaq faktdır ki, çox şey öyrənmişik".

Qeyd edək ki, İngiltərənin B Divizionuna düşdüyü Millətlər Liqasının 5-ci turunda bəlli olub. Almaniya isə A Liqasının 3-cü qrupunda 3-cü yeri tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər