“Qarabağ”ın oyununa biletlər satışa çıxarılır

“Qarabağ”ın oyununa biletlər satışa çıxarılır

Azərbaycan Premyer Liqasının XXVI turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri onlayn şəkildə satışa çıxarılıb.

Fanat.Az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi "facebook" səhifəsi məlumat yayıb. 

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri bu gün yalnız iticket.az-dan onlayn ala bilərsiniz. Oyun günü isə biletlər iticket.az və “Azersun Arena”nın kassasında satışda olacaq.

Qeyd: qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər