Prezident AÇ-2024-ün yayımı üçün pul ayırdı - MƏBLƏĞ

Prezident AÇ-2024-ün yayımı üçün pul ayırdı - MƏBLƏĞ

Avropa çempionatının yayımı üçün İTV-yə 940500 (doqquz yüz qırx min beş yüz) avro ayrılıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.   Sərəncamla 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının yayım hüququnu Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin əldə etməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan telekanala 940 500 avro manat ekvivalentində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər