Platininin aqibəti necə oldu?

Platininin aqibəti necə oldu?

UEFA-nın sabiq prezidenti Mişel Platini azadlığa buraxılıb.

 

 

 

Fanat.Az xəbər verir ki, informasiyanı CNN yayıb.

 

 

 

Onun vəkili Jan-Kristof Alke bildirib ki, Platinini şahid ifadələrini vermək üçün həbs ediblər. Bu ona görə edilib ki, prosesə cəlb edilmiş digər şəxslər təhqiqat çərçivəsində razılaşa bilməsinlər. Azadlığa buraxıldıqdan sonra Platini isə bildirib: "Mənasız təlaş idi. Mənə Avro-2016, Rusiyadakı dünya çempionatı, PSJ və FİFA haqda sual verdilər".

 

 

 

Qeyd edək ki, DÇ-2022 üçün elan olunmuş tender prosesində rüşvət almaqda ittiham olunan fransalı futbol funksioneri dünən həbs olunmuşdu. Onun Qətərdə keçiriləcək mundialın yerinin müəyyənləşdirilməsi ilə bağlı səsvermədə saxtakarlığa yol verdiyi iddia olunur.

 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər