Paris-2024: Nurmaqomedov 1/4 finalda uduzdu

Paris-2024: Nurmaqomedov 1/4 finalda uduzdu

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 86 kq çəkidə mübarizə aparan idmançı 1/4 final mərhələsində San Marinodan olan Maylz Aminlə  qarşılaşıb.

Nurmaqomedov gərgin keçən qarşılaşmadan 14:16 hesabı ilə məğlub ayrılıb. Rəqibi finala çıxa biləcəyi halda, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər