Moldova Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi "Dinamo-Avto" öz meydanında "Kodru” ilə üz-üzə gəlib.
Oyunun əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtın 120-ci dəqiqəsində daha bir qol vuran meydan sahibləri yarımfinala yüksəlib.
Orxan sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, Orxan Qurbanlı müqavilə ilə "Ventspils” klubuna məxsusdur. Latviya təmsilçisi bu ilin fevralında azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə imzalamış və onu "Dinamo-Avto”ya icarəyə vermişdi. 25 yaşlı futbolçu 2021-ci ilin sonuna qədər icarə əsasında "Dinamo-Avto”da çıxış edəcək.