"Olanı deyirəm, Fiziyev bunu bacarmır" - Castin Qeydji

"Olanı deyirəm, Fiziyev bunu bacarmır" - Castin Qeydji

Amerikalı UFC döyüşçüsü Castin Qeyci azərbaycanlı idmançı Rafael Fiziyevin yüksək səviyyədə çıxış etməyə hazır olmadığını bildirib.

Fanat.Az xəbər verir ki, "MiddleEasy" onun dediklərini belə çatdırıb:

"Yenilərə dəfələrlə şans versəm də, onlar hələ elit səviyyədə döyüşə bilmədiklərini isbatlayıblar. Təcrübə topladıqca başa düşürsən ki, oktaqonda ağılla mübarizə aparmalı, gücünü düzgün bölməlisən. Bu səbədən Dastin, Çarlz, Dariuş və mən elit səviyyədəyik. Biz üç raund yüksək templə döyüşsək də, yorulmuruq. Bəzən son raundda çətin vəziyyətə düşsək belə, düzgün qərarlar veririk. Çendler və Fiziyev kimi oğlanlar isə hələ bunu bacarmırlar. Olanı deyirəm".

Xatırladaq ki, Fiziyev Qeydji ilə UFC 286 turnirində qarşılaşıb və hakimlərin qərarına əsasən, qələbə ABŞ idmançısına verilib. Tərəflər bu döyüşdən hərəyə təqribən 50 min dollar qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər