Nuriyevlə Əhmədzadə meydana start "11-lik"də çıxdı

Nuriyevlə Əhmədzadə meydana start "11-lik"də çıxdı
Ukrayna Premyer Liqasında 19-cu turun oyunları keçirilib.
 
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi "Minay” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Mariupol”la qarşılaşıb. "Minay” bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Azərbaycanlı futbolçular meydana start heyətində çıxıb. Anatoli sonadək mübarizə aparıbsa, Rüstəm isə 67-ci dəqiqədə əvəzlənib.
 
"Minay” 19 turdan sonra 14 xalla 14 kollektiv arasında 12-ci pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər