Nuriyev oynadı, biabırçı yenilgiyə üzüldü

Nuriyev oynadı, biabırçı yenilgiyə üzüldü

Futbol üzrə Ukrayna Premyer Liqasında 6-cı turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” da növbəti matçına çıxıb.   Kovalyovka kəndinin təmsilçisi Kiyev “Dinamo”sunun qonağı olub. Qonaqlar rüsvayçı yenilgi ilə üzləşib – 0:7.   46-cı dəqiqədə meydana çıxan Nuriyev 90+1-ci dəqiqədə sarı vərəqə alıb.   6 tura 5 xal toplayan “Kolos” turnir cədvəlində 16 iştirakçı arasında 11-ci pillədə mövqe tutub.

Qeyd edək ki, Anatolinin komandasının ehtiyatda bir oyunu var.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər