Öncə Santuş, sonra De Byazi

Öncə Santuş, sonra De Byazi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.   Fanat.Az xəbər verir ki, sentyabrın 6-da saat 17:15-də Portuqaliya milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı başlayacaq. Saat 18:00-da isə Portuqaliya millisinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqinə start veriləcək.   Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi isə saat 18:45-da jurnalistlər önünə çıxacaq. Saat 19:15-də də millimizin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlayacaq.   Hər iki məşq və mətbuat konfransı Bakı Olimpiya Stadionunda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər