Almaniya II Bundesliqasında XIX tura start verilib.
Fanat.Az-ın məlumatına görə, millimizin "milliləşdirilmiş” yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" növbəti oyununu keçirib.
Aue təmsilçisi səfərdə autsayderlər zonasında yer alan "Maqdeburq"la üz-üzə gəlib və uduzub. 44-cü dəqiqədə vurulan qol görüşdə yeganə olub. Oyuna ehtiyat oyunçular skamyasından başlayan Nazarov 81-ci dəqiqədə meydana çıxsa da, matçın taleyinin dəyişdirilməsinə yardımçı ola bilməyib.
Qeyd edək ki, "Erzgebirge" 22 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Fanat.Az