Namik oynadı, komandası darmadağın oldu

Namik oynadı, komandası darmadağın oldu

Türkiyə I Liqasında 17-ci turun görüşləri keçirilir.

Fanat.Az xəbər verir ki, millimizin futbolçusu Namik Ələsgərovun şərəfini qoruduğu "Bursaspor" səfərdə turnir cədvəlinin lideri "Ümraniyespor"un qonağı olub.

Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Əsas heyətdə meydana çıxan Namik görüşün sonuna kimi çıxış edib. 

Qeyd edək ki, hazırda aktivində 18 xal ı olan "Bursaspor" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Namikin hesabında isə 4 qol var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər