Namik Ələskərovun komanda yoldaşları cəzalandırıldı

Namik Ələskərovun komanda yoldaşları cəzalandırıldı

Azərbaycan millisinin yarımmüdafiəçisi Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" ağır cəzaya məruz qalıb.

Fanat.Az xəbər verir ki, "timsahlar"ın "Kocaelispor"la matçda qırmızı vərəqə alan 2 futbolçusu - Nikolas Zalazar və Tim Matavzın cəzaları açıqlanıb.

Türkiyə Futbol Federasiyasının İntizam Qurumu Zalazarı 2, Matavzı 1 oyunluq diskvalifikasiya edib.  Bundan başqa, klub 6500 lirə cərimələnib. 

Qeyd edək ki, Ələskərov hazırda millimizin düşərgəsindədir. O, Qətərlə oyundan sonra - bazar ertəsi klubunun düşərgəsinə dönəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər