Namik Ələskərova şad xəbər - "İkiqat dopinq" 

Namik Ələskərova şad xəbər - "İkiqat dopinq" 

Azərbaycan millisinin üzvü Namik Ələskərovun komandası - "Bursaspor" bu gün Türkiyə I Liqasında növbəti sınağına çıxacaq. 

Fanat.Az xəbər verir ki, "timsahlar" 35-ci tur çərçivəsində səfərdə "Manisa"nın qonağı olacaq.  Oyun saat 17:00-da başlayacaq. 

Liqadan düşmə təhlükəsi yaşayan bursalılar bu matçdan qalibiyyətlə dönməyi hədəfləyib. İki gün əvvəldən Manisaya yollanan "Bursaspor" rəhbərliyi komandanı motivasiya etmək üçün "kisənin ağzını açıb". Belə ki, futbolçulara həm "Denizlispor" üzərində qələbəyə görə mükafat, həm də aprel ayının maaşı ödənilib. Məhz Namikin qolu ilə əldə olunan qələbə (1:0) hərəyə 20 min lirə (təxminən 2300 manat) qazandırıb.

 Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər