Millimizin futbolçusu Namik Ələskərovun şərəfini qoruduğu "Bursaspor" Türkiyə I Liqasının XV turunda "Manisaspor"la qarşılaşıb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı hücumçu meydana start heyətdə çıxıb və 51-ci dəqiqədə hesabı açıb.
O, 86-cı dəqiqədə əvəzlənib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
15 oyundan sonra xal sayını 18-ə çatdıran "Bursaspor" 14-cü pillədə yer alıb.
Qeyd edək ki, bu, Namik Ələskərovun "Bursaspor"da 3-cü qolu olub.