Musa Qurbanlı "Yurqorden"dən ayrıldı

Musa Qurbanlı "Yurqorden"dən ayrıldı

Ötən gün İsveçin "Yurqorden" klubu ilə müqavilə imzalayan azərbaycanlı futbolçu Musa Qurbanlı yeni komandasının düşərgəsindən ayrılıb.

Fanat.Az xəbər verir ki, bunu İsveç klubunun mətbuat xidməti yayıb. 

Gənc forvard vətənə yaxınları ilə vidalaşmaq, həmçinin birdəfəlik səfər hazırlığı görmək üçün dönüb. O, şəxsi məsələlərini qısa müddətdə yoluna qoyub yenidən İsveçə dönməlidir.

 Qeyd edək ki, "Qarabağ"dan ayrılan Musa Qurbanlı "Yurqorden"lə 3 illik müqavilə imzalayıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər