Milliyə çağırılanlardan peyvənd tələb olunmur

Milliyə çağırılanlardan peyvənd tələb olunmur

Son vaxtlar ölkəmizdə koronovirusa yoluxanların sayı kəskin artıb. Aidiyyatı qurumlar çıxış yolunu vaksinasiya prosesinin sürətlənməsində görür ki, artıq bəzi müəssisə və iş yerlərində peyvəndləmənin həyata keçirilməsi şərt olaraq irəli sürülür. 

Kütləvi sahələrdən biri də futboldur. Üstəlik, qarşıda millinin rəsmi oyunları var. AFFA milli üzvlərinə vaksin vurulub-vurulmadığına nəzarət edirmi? Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın məsələyə münasibətini təqdim edirik:

"Futbolçuların mütləq qaydada peyvənd olunması barədə UEFA-nın hər hansı tələbi yoxdur.  Çünki mövcud qanunlara görə vaksinasiya könüllülük prinsipi əsasında həyata keçirilir. Ona görə milli üzvlərinə vaksin vurulub-vurulmamasına nəzarət etməyə ehtiyac duymuruq. Yəni qarşımıza belə öhdəlik qoyulmayıb.  O ki qaldı ümumi tədbirlərə, Premyer Liqada hər turdan əvvəl oyunun bütün iştirakçıları PCR testindən keçirilir".

Qeyd edək ki, bu həftə koronovirusa gündəlik yoluxma sayı üç-dörd min həddinə çatıb.    Mirağa    

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər