Millinin oyunlarının yeri bilindi

Millinin oyunlarının yeri bilindi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasının C qrupunda keçirəcəyi növbəti iki oyunun məkanı müəyyənləşib.

Fanat.Az xəbər verir ki, oktyabrın 27-də səfərdə Farer adalarına qarşı görüş Klaksvik şəhərində yerləşən “Djupumyru” stadionunda baş tutacaq.

Ayın 31-də Monteneqro ilə ev oyunu isə “Dalğa Arena”da olacaq.

27 oktyabr 17:00. Farer adaları – Azərbaycan Hakimlər: Yelena Yermolayeva, Liqa Didrike, Diana Vanaqa, Darya Voytexoviça (hamısı Latviya). Klaksvik. “Djupumyru” stadionu.

31 oktyabr 16:00. Azərbaycan – Monteneqro Hakimlər: Anastasiya Romanyuk, Aleksandra Vdovina, İrina Petrova, Kristina Kozoro (hamısı Ukrayna). Bakı. “Dalğa Arena”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər