Millinin heyətində dəyişiklik edildi

Millinin heyətində dəyişiklik edildi

Oktyabrın 18-də və 21-də Gürcüstanın Rustavi şəhərində bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub. 

Fanat.Az xəbər verir ki, “Neftçi”nin üzvü Rüfət Abbasov heyətdən kənarlaşdırılıb. 

Əvəzində, sözügedən oyunlara hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan yığmaya “Neftçi”nin digər üzvləri İbrahim Piriyevlə Nihad Əliyev, həmçinin “Qarabağ”dan Uğur Səfərov cəlb olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər