Millimizin üzvü Polşada yenilgiyə üzüldü

Millimizin üzvü Polşada yenilgiyə üzüldü

Futbol üzrə Polşa çempionatında 17-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.   Sözügedən kollektiv səfərdə “Stal”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.   Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi 43-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.   “Visla” 17 turdan sonra 23 xalla 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər