Millimizin üzvü oyundan alındı, qollar gəldi

Millimizin üzvü oyundan alındı, qollar gəldi

Almaniyanın 3-cü Bundesliqasında 38-ci turun oyunları keçirilib.

Fanat.Az-ın məlumatına görə, milli komandamızın üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu "Proyssen" səfərdə "Zvikkau" ilə üz-üzə gəlib və 0:2 hesabı ilə yenilib.

Matça start heyətdə başlayan Rüfət 57-ci dəqiqədə hesab 0:0 olarkən meydandan alınıb.

Qeyd edək ki, "Proyssen" 38 turdan sonra 52 xalla "Zvikkau" ilə birgə 7-8-ci pillələri bölüşdürür.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər