Millimizin üzvü oynadı, komandası 1/16 finala yüksəldi

Millimizin üzvü oynadı, komandası 1/16 finala yüksəldi

Polşa kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir. 

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi Plotsk “Visla”sı da bu turnirdə ilk matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Skra” ilə qarşılaşıb və 3:1 hesablı qələbə sayəsində 1/16 finala vəsiqə qazanıb.

Krivotsyuk bu görüşdə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 3-cü dəqiqədə sarı vərəqə alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər