Millimizin rəqibləri bilindi - Püşkatma

Millimizin rəqibləri bilindi - Püşkatma

Bu gün İsveçrənin Nyon şəhərində 2028-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb. 

FanatAz xəbər verir ki, 36 komanda hər birində 3 iştirakçı olmaqla 12 qrupa bölünüb. 

İkinci səbətdə yer alan millimizin Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya ilə qarşılaşmayacağı məlum idi. 

Püşkün nəticəsinə əsasən, komandamız 12-ci qrupda Çexiya və Latviya yığmaları ilə qarşılaşacaq. Onlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.

1-ci qrup

Ermənistan Macarıstan İsveç

2-ci qrup

Fransa Moldova Monteneqro

3-cü qrup

Xorvatiya Almaniya Litva

4-cü qrup

İspaniya Finlandiya Şimali Makedoniya

5-ci qrup

Polşa Bosniya və Herseqovina Şimali İrlandiya

6-cı qrup

Qazaxıstan Belarus Albaniya

7-ci qrup

Portuqaliya Rumıniya Danimarka

8-ci qrup

Niderland Serbiya Andorra

9-cu qrup

Ukrayna Slovakiya Estoniya

 10-cu qrup

İtaliya Gürcüstan Kosovo

11-ci qrup

Sloveniya Belçika Norveç

12-ci qrup

Çexiya AZƏRBAYCAN Latviya

Püşkatma və oyunların keçirilmə tarixləri

Əsas mərhələnin qrup oyunlarının tarixləri: 12-21 oktyabr 2026, 2-11 noyabr 2026, 6-9 dekabr 2026, 22 fevral – 3 mart 2027 Əsas mərhələnin pley-off oyunlarının püşkatması: 3 mart 2027 Əsas mərhələnin pley-off oyunlarının keçirlmə tarixi: 12-21 aprel 2027 Elit-raundun qrup mərhələsinin püşkü: 20 may 2027 Elit-raund qrup mərhələsinin oyunlarının təqvimi: 6-15 sentyabr 2027, 11-20 oktyabr 2027, 13-22 dekabr 2027 Elit-raund pley-off oyunlarının püşkatması: 20 yanvar 2028 Elit-raund pley-off oyunlarının keçirilmə tarixi: 10-19 aprel 2028

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər