Millimizin rəqibləri bəlli oldu

Millimizin rəqibləri bəlli oldu

Azərbaycanın 20 yaşadək voleybolçu oğlanlardan ibarət komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

Fanat.Az xəbər verir ki, 10-14 yanvar tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində keçiriləcək yarışda ümumilikdə 5 ölkənin yığma komandası iştirak edəcək.

Millimiz Latviya, Ukrayna, Estoniya və Polşa kollektivləri ilə qarşılaşacaq.

Qeyd edək ki, yarış AÇ-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər