Millimizin qapıçısı koronavirusa yoluxdu

Millimizin qapıçısı koronavirusa yoluxdu
Azərbaycan milli komandasının və "Sumqayıt"ın oyunçusu Mehdi Cənnətovun Premyer Liqanın XI turunda "Qəbələ" ilə oyunun iştirak ərizəsinə salınmamasının səbəbi məlum olub.
Fanat.Az xəbər verir ki,  28 yaşlı qapıçıda koronavirus aşkarlanıb. Test nəticəsi müsbət çıxan təcrübəli qolkiper karantinə alınıb.
Cənnətov yığmanın son toplanışında zədə səbəbindən iştirak etməyib.
Qeyd edək ki, daha əvvəl "Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə virusa yoluxub. (Report.az)
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər