Futzal üzrə Avropa çempionatının final mərhələsində sabah keçiriləcək İspaniya – Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, millimizin oyunu Portuqaliya, Macarıstan və Serbiyadan olan hakimlər briqadasına tapşırılıb:
İspaniya – Azərbaycan 26 yanvar. Qroningen, Martini Plaza. Saat 23:30 Hakimlər: Migel Kastilyu (Portuqaliya), Qabor Kovaç (Macarıstan), Petar Radoyçiç (Serbiya) Timekeeper: Qriqori Oşomkov (Estoniya)
Qeyd edək ki, Azərbaycan futzalçıları indiyə qədər İspaniya ilə 5 oyunda üz-üzə gəlib ki, onlardan 3-ü rəsmi, 2-si yoldaşlıq matçıdır. 22.10.2002. YO. İspaniya – Azərbaycan – 4:3 23.10.2002. YO. İspaniya – Azərbaycan – 6:1 27.02.2011. AÇSO. Azərbaycan – İspaniya – 3:8 /Azərbaycan/ 15.09.2016. DÇ. Azərbaycan – İspaniya – 2:4 /Kolumbiya/ 04.02.2018. AÇ. Azərbaycan – İspaniya – 0:1 /Sloveniya/