Millimizin oyunlarının məkanı və başlama saatı bilindi

Millimizin oyunlarının məkanı və başlama saatı bilindi

Bakıda futbol üzrə milli komandalar arasında “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyunların məkanı və başlama saatı müəyyənləşib.

Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 4 matç iki stadionda baş tutacaq.

Azərbaycan yığması hər iki görüşünü Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Digər iki qarşılaşma isə “Dalğa Arena”da reallaşacaq.

FIFA series – Edition 2024 22 mart

17.00. Bolqarıstan – Tanzaniya “Dalğa Arena”

20.00. Azərbaycan – Monqolustan Tofiq Bəhramov adına Respublika stadionu

25 mart

17.00. Tanzaniya – Monqolustan “Dalğa Arena”

20.00. Azərbaycan – Bolqarıstan Tofiq Bəhramov adına Respublika stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər