Millimizin oyunlarını idarə edəcək hakimlər açıqlandı

Millimizin oyunlarını idarə edəcək hakimlər açıqlandı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 15-21 noyabr tarixlərində Lüksemburqda keçirəcək oyunları idarə edəcək hakimlər açıqlanıb.

Fanat.Az xəbər verir ki, oyunların təqvimini və hakim təyinatlarını diqqətinizə çatdırır:

Azərbaycan – Bosniya və Herseqovina 15 noyabr. Stade de la Frontiere. Saat 19:00 Baş hakim: Mikkel Redder (Danimarka) Baş hakimin köməkçiləri: Rene Risum (Danimarka), Kevin Stammet (Lüksemburq) Dördüncü hakim: Loik Thomas (Lüksemburq)   Niderland – Azərbaycan 18 noyabr. Terrain Poetz stadionu. Saat 19:00 Baş hakim: Yoonas Yaanovits (Estoniya) Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Kevin Stammet (Lüksemburq) Dördüncü hakim: Loik Thomas (Lüksemburq)   Lüksemburq – Azərbaycan 21 noyabr. Terrain Poetz stadionu. Saat 21:00 Baş hakim: Yoonas Yaanovits (Estoniya) Baş hakimin köməkçiləri: Riivo Stolts (Estoniya), Denis Emelyanchikov (Belarus) Dördüncü hakim: Dmitri Dmitryiev (Belarus)

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər