Millətlər Liqası çərçivəsində oktyabrın 27-də səfərdə Farer adaları, 31-də isə “Dalğa Arena”da Monteneqro yığması ilə qarşılaşacaq qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının iki oyun üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, millimiz qeyd olunan oyunlara hazırlıq məqsədilə oktyabrın 23-dən Farer adalarında təlim-məşq toplanışına başlayacaq.
Heyətə cəlb olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1. Şərifova Aytac - Trabzonspor (Türkiyə) 2. Əliyeva Nərgiz - KDZ Eregli Spor (Türkiyə) 3. İsmayılova Günay - Neftçi 4. Mirzəliyeva Nigar - Zenit (Rusiya) 5. Məmmədova Kamilla - Doğuş Gold Asya Spor (Türkiyə) 6. Hacıyeva Nərgiz - Trabzonspor (Türkiyə) 7. Mollayeva Manə - Neftçi 8. Əhmədova Ayşən - PAOK (Yunanıstan) 9. Bakarandze Kristina - Qalatasaray (Türkiyə) 10. Məmmədova Diana - Yenisey (Rusiya) 11. Əliyeva Coşqunə - Neftçi 12. Hacıyeva Vüsalə - Amedspor (Türkiyə) 13. Seyfəddinova Vüsalə - Fomget GSK (Türkiyə) 14. Teymurova Firəngiz - Neftci (Azərbaycan) 15. Acar Yeliz - Fatih Vətən (Türkiyə) 16. Bozdağ Peritan - Fatih Vətən (Türkiyə) 17. Dorofeyeva Alina - Yenisey (Rusiya) 18. Cəfərzadə Sevinc - Krasnodar (Rusiya) 19. Parlak Nazlıcan - Qalatasaray (Türkiyə) 20. Məhsimova Jalə - Amedspor (Türkiyə) 21. Rəhimova Milana - Neftçi 22. Əliyeva Aysun - Neftçi 23. Cəfərova Fidan - Baku Juniors Football Club