Millimizin elit-raund üçün heyəti açıqlandı

Millimizin elit-raund üçün heyəti açıqlandı
Dünya çempionatının elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası yanvarın 25-dən fevralın 2-dək Xorvatiyanın Osiek şəhərində təlim-məşq toplanışı və rəsmi oyunlar keçirəcək.
 
Fanat.Az xəbər verir ki, baş məşqçi Joze Alesio yığmaya 14 futzalçı dəvət edib.
 
Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Əmir Şojay, İsa Ataev, Ramiz Çovdarov, Xətai Bağırov (hamısı - "Araz"), Emin Kürdov (ECOL) , Vassura, Jonathan Luis de Angelis (hər ikisi "Əl Arabi", Küveyt), Rafael Vilela ("Palma", İspaniya), Eduardo ("AGKOS Futsal", Fransa), Tiaqo Bolonya ("Norilsk Nikel", Rusiya), Eshag Surgali (Azərəşş, İran) və Everton Cardoso (Levante, İspaniya).
  
​Azərbaycan millisinin oyunlarının təqvimi
29 yanvar
23:00. Xorvatiya - Azərbaycan
 
30 yanvar
20:00. Azərbaycan – Rusiya
 
1 fevral
20:00. Slovakiya – Azərbaycan
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər