Millimizin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibləri bu tarixdə müəyyənləşəcək

Millimizin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibləri bu tarixdə müəyyənləşəcək
2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma tarixi müəyyənləşib.
Fanat.Az FIFA-nın saytına istinadən xəbər verir ki, tədbir dekabrın 7-də keçiriləcək. Koronavirus pandemiyasına görə püşkatma onlayn olacaq.
Azərbaycan millisi də daxil olmaqla, Avropanın 55 yığması püşkatmada 10 qrupa bölünəcək. Bunların beşində 6, beşində 5 komanda olacaq. 
Qeyd edək ki, DŞ-2022-nin seçmə mərhələsi 2021-ci ildə keçiriləcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər