Millimizə 23 futbolçu çağırıldı

Millimizə 23 futbolçu çağırıldı

UEFA Millətlər Liqası çərçivəsində səfərdə Kipr, Bakıda Farer adaları yığması ilə qarşılaşacaq qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib.

Yığmamız qeyd olunan matçlara hazırlıq məqsədilə noyabrın 27-dən Kiprdə təlim-məşq toplanışına başlayacaq.

Komandamız dekabrın 1-də səfərdə Kiprlə, 4 gün sonra "Dalğa Arena"da Farer adaları ilə üz-üzə gələcək.

1. Şərifova Aytac - Trabzonspor (Türkiyə) 2. Əliyeva Nərgiz - KDZ Eregli Spor (Türkiyə) 3. İsmayılova Günay - Neftçi 4. Mirzəliyeva Nigar - Zenit (Rusiya) 5. Məmmədova Kamilla - Doğuş Gold Asya Spor (Türkiyə) 6. Hacıyeva Nərgiz - Trabzonspor (Türkiyə) 7. Mollayeva Manə - Neftçi 8. Əhmədova Ayşən - PAOK (Yunanıstan) 9. Bakarandze Kristina - Qalatasaray (Türkiyə) 10. Məmmədova Diana - Yenisey (Rusiya) 11. Əliyeva Coşqunə - Neftçi 12. Manya Esra - Beşiktaş (Türkiyə) 13. Seyfəddinova Vüsalə - Fomget GSK (Türkiyə) 14. Teymurova Firəngiz - Neftçi 15. Acar Yeliz - Fatih Vətən (Türkiyə) 16. Bozdağ Peritan - Fatih Vətən (Türkiyə) 17. Dorofeyeva Alina - Yenisey (Rusiya) 18. Cəfərzadə Sevinc - Krasnodar (Rusiya ) 19. Rəhimova Sona - Girəsun Sanayispor (Türkiyə) 20. Məhsimova Jalə - Amedspor (Türkiyə) 21. Rəhimova Milana - Neftçi 22. Əliyeva Aysun - Neftçi 23. Cəfərova Fidan - Baku Juniors Football Club

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər