Millimiz Farer adalarına uduzdu

Millimiz Farer adalarına uduzdu
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Fanat.Az xəbər verir ki, rəqib Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası olub. Ada-dövlətin Torshavn şəhərindəki "Torsvöllür" stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 73-cü dəqiqədə Eylersdottir Rasmussen vurub. 
Beləliklə, Azərbaycan millisi V qrupda mübarizəni qolsuz və xalsız tamamlayaraq, sonuncu olub. Zamir Həsənovun baş məşqçi olduğu kollektiv əvvəlki oyunlarında Sloveniya 0:6, Norveçə 0:5 hesabı ilə uduzub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər