16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli Dubaya gedir.
Fanat.Az xəbər verir ki, yeniyetmələr noyabrın 28-dən dekabrın 3-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışında olacaq.
Yığmamız toplanış çərçivəsində noyabrın 30-da və dekabrın 2-də BƏƏ-nin U-16 komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
Artıq millinin heyəti açıqlanıb. Düşərgəyə 24 oyunçu dəvət edilib. Ancaq səfərə 22 nəfərlik heyət aparılacaq ki, yekun siyahı ayın 25-28-i aralığında Bakı toplanışından sonra müəyyənləşəcək.
Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
1 Həşimov Səlim Qarabağ 2 Məmmədzadə Sadiq Səbail 3 Adıgözəlov İlkin Keşlə 4 Əliyev Nihad Qarabağ 5 Arazlı Elgün Qarabağ 6 Bağırov Ceyhun Neftçi 7 Tanrıverdiyev Əhməd Sabah 8 Bünyadzadə Emil Qarabağ 9 İmaməliyev Səbuhi Neftçi 10 Rəhimov Allahverdi Qəbələ 11 Məmmədov Musa Qarabağ 12 Tahirli Rəhman Neftçi 13 Bağırov Dinamin Turan Tovuz 14 Zallı Səməd Keşlə 15 Mənsumov Davud Qarabağ 16 Əhmədzadə Nihat Sumqayıt 17 Hüseynov Cumali Qəbələ 18 Mikayılov Elton Qarabağ 19 İbrahimov Şahin Qarabağ 20 Məmmədov Murad Neftçi 21 Cəfərli İlkin Qarabağ 22 Mirzəyev Teymur Sabah 23 Budaqov İlkin Qəbələ 24 Osmanov Niyazi Sabah