Millimiz Avropa Superfinalında B divizionuna düşdü

Millimiz Avropa Superfinalında B divizionuna düşdü

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa Superfinalında B divizionuna düşüb.

Fanat.Az xəbər verir ki, yığmamız İtaliyanın Alqero şəhərində təşkil olunan turnirdə 14-cü yeri tutaraq, A divizionunu tərk edib.

Komanda sonuncu oyununu Moldovaya qarşı keçirib. Görüşün əsas vaxtı 4:4 hesabı ilə başa çatıb. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən moldovalılar (4:1) qələbə qazanıblar.

Azərbaycan yığmasının heyətində Orxan Məmmədov və Sabir Allahquliyev fərqləniblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər