"Millidəki hər oyun bizim üçün çox vacibdir" - Emin Mahmudov

"Millidəki hər oyun bizim üçün çox vacibdir" - Emin Mahmudov

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov səfərdə Şimali Makedoniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında çıxış edib. 

Fanat.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi qalibiyyətlərin oyunçulara inam verdiyini bildirib: 

"Qazandığımız qələbələr barədə danışmırıq. Hər matç bizim üçün çox vacibdir".

Qeyd edək ki, noyabrın 20-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Azərbaycan yığması ilk yoldaşlıq matçında Moldova seçməsinə 2:1 hesabı ilə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər