Milli fransalı mütəxəssisə tapşırıldı

Milli fransalı mütəxəssisə tapşırıldı

Futbol üzrə Kosovo millisinin baş məşqçi postunda yeni təyinat baş tutub.

Fanat.Az xəbər verir ki, sözügedən komanda Fransa yığmasının sabiq futbolçusu Alen Jiressə tapşırılıb.

Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. 70 yaşlı mütəxəssislə 2023-cü ilin noyabrınadək müqavilə imzalanıb. Təcrübəli baş məşqçi bu vəzifədə Bernar Şallandı əvəzləyib.

1984-cü ildə Fransa seçməsinin heyətində Avropa çempionu olmuş Alan Jiress Gürcüstan, Qabon, Mali, Seneqal və Tunis yığmalarına da başçılıq edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər