Mehman Allahverdiyev əməliyyat olundu

Mehman Allahverdiyev əməliyyat olundu

"Kəpəz" klubunun idman direktoru Mehman Allahverdiyev əməliyyat olunub. 

Fanat.Az-a bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. 

Təcrübəli mütəxəssis mədəsindəki problemə görə cərrahi müdaxiləyə məruz qalıb. Əməliyyatı uğurlu keçən Mehman bəy bu gün xəstəxanadan evə buraxılacaq. 

Qeyd edək ki, ayrı-ayrı vaxtlarda "sarı-göylər"in baş məşqçisi, vitse-prezidenti və icraçı direktoru olan M.Allahverdiyev bu yay klubun idman direktoru vəzifəsinə təyinat alıb.

"Kəpəz" müstəqillik dönəmində ən böyük uğurlarını Mehman Allahverdiyevin rəhbərliyi altında qazanıb. Nizami yurdunun təmsilçisi 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub, çempionatın gümüş və bürünc medallarını qazanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər