Maykl Essyen zədələndi

Maykl Essyen zədələndi
"Səbail" Azərbaycan Premyer Liqasının XII turunda qarşılaşağı "Sabah"la görüşə itkilərlə çıxacaq. 
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, yarımmüdafiəçi Maykl Essyen, müdafiəçi İqor Korotetski və hücumçu Mirabdulla Abbasov zədə səbəbindən həmin qarşılaşmanı buraxacaq. 
Digər hücumçu Ağabala Ramazanov isə sarı vərəqə limiti ilə əlaqədar oynaya bilməyəcək. 
Qeyd edək ki, noyabrın 23-də keçiriləcək "Səbail" - "Sabah" matçı saat 15:00-da başlayacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər