Birinci Liqada mübarizə aparan "Mingəçevir" qış hazırlıq mərhələsini yekunlaşdırmaq üzrədir. "Şəhərlilər" in baş məşqçisi Ədəhim Niftəliyevlə əlaqə saxlayıb komandasının hazırkı vəziyyətini öyrəndik. Niftəliyevin Fanat.Az-a açıqlaması belə oldu :
"Təlim-məşq toplanışına yanvarın 10-dan başlamışıq. Hava şəraitinin əlverişli olmaması müəyyən çətinliklər yaratsa da, bu bizim məşqimizə mane olmur. Bu müddət ərzində "Kəpəz" in əvəzedici komandası ilə görüş keçirmişik. Matçdan 3:1 hesablı qalibiyyətlə ayrılsaq da, çatışmayan cəhətlərimiz var. Daha sonra "Karvan" la 0:0 hesabı ilə bitən yoldaşlıq görüşümüz olub. Komandaya icarə əsasında "Qəbələ"dən Fuad Əhmədov qoşulub. Hələ ki, məşqlərimiz davam edir. Bütün gücümüzlə mövsümün ikinci yarsına hazırlaşırıq".
Nahid Məmmədov