"Kuryoz qol buraxmağımız yaxşı olmadı" - Aleksey Baqa

"Kuryoz qol buraxmağımız yaxşı olmadı" - Aleksey Baqa

"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Premyer Liqanın XXIII turu çərçivəsində, səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri matçı şərh edib.

Fanat.Az xəbər verir ki, o, qonaq qismində qələbəyə yaxın olduqları görüşü ənənəvi mətbuat konfransında dəyərləndirib:

"Üstünlüyümüz var idi. Fərqi artıra da bilərdik. Rəqib müdafiədə boşluqlar versə də, yararlana bilmədik. Kuryoz qol buraxmağımız yaxşı olmadı".

Belaruslu mütəxəssis Cəmaləddin Xocaniyazovun erkən əvəzlənməsinin səbəbini də açıqlayıb: "Əzələsində ağrıları var idi. Zədəlidirsə, meydanda olmamalıdır".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər