Krivotsyuk darmadağına sevindi - Oynadımı?

Krivotsyuk darmadağına sevindi - Oynadımı?

Futbol üzrə Polşa çempionatında 4-cü turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.   Sözügedən kollektiv doğma meydanda Poznan “Legniça” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.   Bu mövsüm start heyətdəki yerini itirən Krivotsyuk görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.   “Visla” 4 turdan sonra 12 xalla 18 iştirakçı arasında liderdir.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər