Konor Makqreqor karyerasını bitirdiyini açıqladı

Konor Makqreqor karyerasını bitirdiyini açıqladı
Konor Makqreqor karyerasını bitirdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, irlandiyalı döyüşçü bu barədə "Twitter” hesabında yazıb:
"Salam, uşaqlar, mən döyüşlərdən getməyə qərar verdim. Gözəl xatirələrə görə hamıya təşəkkür".
O, paylaşımına anası Marqaretlə olan fotosunu da əlavə edib. 
 
Qeyd edək ki, Konor buna qədər 2 dəfə karyerasının başa çatdığını açıqlasa da, sonradan döyüşlərə çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər