Komandası qələbə qazandı, Krivotsyuk niyə oynamadı?

Komandası qələbə qazandı, Krivotsyuk niyə oynamadı?

Polşa çempionatında 30-cu turdan qalan bir oyun keçirilib. 

Fanat.Az xəbər verir ki, turun son qarşılaşmasında Anton Krivotsyukun çıxış etdiyi "Visla Plotsk" səfərdə "Visla"nın qonağı olub. 

Görüş Plotsk təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb. 

Anton görüşün iştirakçısı olmayıb. Millimizin müdafiəçisi sarı vərəqə cəzalısı olduğu üçün matçı tribunadan izləyib. 

30 oyunda 45 xal toplayan "Visla Plotsk" 6-cı yerdə yer alıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər